18:59 21.05.2019 1841

Nikola Yurçeviç: "Dəyişikliyə ehtiyac görmürəm"

"Qarşıdakı oyunlarda nə qədər xalın məni razı salacağını deyə bilmərəm. Biz meydanda ən yaxşısını etməyə çalışacağıq. Özümüzdən razı olmağa əsasımız yoxdur".

Bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç "AVRO-2020"nin seçmə mərhələsində iyunun 8-də Macarıstan, 11-də isə Slovakiya yığmaları ilə oyunlara hazırlıq haqda danışarkən deyib.

53 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Qarşıda iki matç var. Futbolçuların yorğunluğunu göz önünə alsaq, bu görüşlərdə heyətdə radikal dəyişiklik mümkündür?
- Əvvəlcə birinci oyunu fikirləşməliyik. İkinci matçı düşünmək hadisələri qabaqlamaq olar. Müsbət nəticə bizə həm fiziki, həm də psixoloji baxımdan yaxşı təsir edə bilər. İndiyə qədər görməmişəm ki, bir komanda 3 gün ərzində iki oyuna fərqli heyətlərlə çıxsın. 20 nəfər oyunçu ilə işləyiriksə, radikal dəyişikliyə nə ehtiyac var?

- Hansı qapıçıya şans verəcəksiniz? 
- Hazırkı vəziyyətə əsasən deyə bilərəm ki, dəyişikliyə ehtiyac görmürəm. Xorvatiya və Litva ilə matçlarda qapını Səlahət Ağayev qoruyub. Fikrimcə, öz çıxışı ilə kredit qazanıb. İndiki məqamda qarşıdakı oyunlarda da ona şans verməyi düşünürəm.

- Ayaz Quliyevin milliyə dəvət olunması barədə nə deyə bilərsiniz?
- Ayaz Quliyev haqqında eşitmişəm. Lakin onun milli komandada oynamaqla bağlı son qərarı vermək mənim səlahiyyətimdə deyil. Onunla şəxsən söhbət etməmişəm. AFFA-dakı məsul şəxslər danışıb. Bilsəm ki, ümumi duruma təsir edər, məmnuniyyətlə danışaram. 

- Türkiyədə çıxış edən futbolçuları niyə milliyə dəvət etmirsiniz? Məsələn, Dəniz Yılmazın çıxış etdiyi "Gənclərbirliyi" Super Liqaya yüksəldi... 
- Azərbaycan millisində oynaya biləcək istənilən futbolçu ilə maraqlanıram. Ölkə xaricindəkiləri də izləyirəm. Dəniz Yılmaz son vaxtlar lazımı qədər oynamayıb. 

- Bəs, "Trabzonspor"dan Murat Cem Akpınar? 
- Akpınarla bağlı ətraflı məlumatım yoxdu. Hər kəsin tanıdığını mən tanıya bilmərəm. Belə cavan oyunçuya yox demərəm. Onunla maraqlanaram. ("Report")

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X