16:34 13.06.2019 2620

Arxası-dayağı olmayan Qaranı hədəf seçmək...

Milli komandamızın "Avro-2020”nin seçmə mərhələsində Macarıstan, daha sonra isə Slovakiyaya ardıcıl məğlubiyyətlərindən sonra təkcə azarkeşlərin deyil, medianın sərgilədiyi mövqe də diqqət çəkir. Futboldan yazmaq üzrə ixtisaslaşan peşəkar idman mətbuatının yanaşmasına toxunmazdan əvvəl bəzi ictimai-siyasi saytlardakı yazılara toxunmağı vacib sayırıq. Çünki məhz bu yazıların sosial şəbəkələrdə əlavə pul ödənilməklə  reklam olunaraq tirajlanması sayəsində milli komandanın son iki nəticəsinə görə diqqətin əsas ünvandan yayındırılmasına cəhdlər edilir.

Xüsusilə bu yazılarda məğlubiyyətə görə bütöv komanda deyil, yalnız "Qarabağ” komandasının millidəki üzvləri - əsasən də Qara Qarayev, Bədavi Hüseynov və Rahil Məmmədov tənqid edilir, onların milliyə layiq olmadığı bildirilir. Amma əsas eyham heç şübhəsiz ona vurulur ki, bu futbolçular bilərəkdən oynamayıb. Yəni "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur və dolayısı ilə elə fikirlər formalaşdırmağa uğursuz cəhdlər edilir ki, sanki futbolçulara uduzmaqla bağlı klubdan sifariş verilib. Əlbəttə, yalnız Azərbaycan futbolundan bixəbər insanlar belə naşı yanaşma ortaya qoya bilərdilər. Çünki bu iddianı ortaya atmazdan əvvəl düşünmək lazımi idi ki, həmin futbolçular Nikola Yurçeviçdən əvvəl - Qurban Qurbanovun dönəmində də millidə oynayıblar və komandamızın Millətlər Liqasındakı uğursuz çıxışında onların payı az olmayıb. İndi sual olunur. Əgər həqiqətən də "Qarabağ”ın futbolçuları Macarıstan və Slovakiya ilə görüşlərdən bilərəkdən oynamayıblarsa, o zaman Millətlər Liqasında futbolçuların çətin matçlarda xarakter göstərməməsi, imkanlarından xeyli aşağı səviyyədə çıxış etməsinin "sifarişçisi” kim idi: yənədəmi Qurban Qurbanov və "Qarabağ” klubu?

Bəli, heç bir məntiq yoxdur. Amma "Avro-2020”nin son iki matçından sonra ictimai-siyasi mediada belə iddialar ortaya atılır, Ağdam klubunun futbolçuları hədəf göstərilir, amma qəribə və təəccüblüdür ki, nəyə görəsə, hələ federasiya rəhbərliyi bir kənara, hətta baş məşqçi Nikola Yurçeviçlə bağlı da bir dənə də olsun tənqid səsləndirilmir. Niyə? Axı, bütün Azərbaycan, hətta sıravi azarkeş belə bilir ki, son matçların yanlış heyətini, uğursuz taktikasını artıq millidən kənarda olan Qurban Qurbanov, onun klubu "Qarabağ” deyil, məhz elə bu xorvat məşqçi müəyyənləşdirib. Deməli, uğursuzluqda günahkar da birbaşa odur. Amma AFFA-ya yaxınlığı ilə bilinən ictimai-siyasi və idman mediasında ya bu fakta ümumiyyətlə toxunulmur, ya da üzərindən səthi keçilir. Görünür, səbəb odur ki, Yurçeviçi milliyə AFFA-nın hazırkı rəhbərliyi gətirib. Elə əsas məsələlərdən də biri budu ki, komanda niyə təcrübəsiz birinə həvalə olunur? Azarkeşlər millinin elə ən son oyununda kütləvi halda federasiyanı istefaya səslədiyi halda, niyə bəzi media qurumları bu faktı görməzdən gəlir? Futboldakı problemlərin əsl səbəbləri və günahkarları göstərilmir? Əvəzində hədəfə yalnız Qara Qarayev, Bədavi Hüseynov və digər futbolçular gətirilir.

Əslində bilinən faktdır ki, bizim millinin son uğursuzluqlarının səbəbkarları təkcə baş məşqçi, meydanda olan futbolçular deyil, həm də illərdi komandanın işinə müdaxilə edən, ümumiyyətlə, futbolun inkişafına əngəl olan futbol məmurlarıdır. Onların kimlər olduğunu da hamı yaxşı bilir. Amma bəzi idman jurnalistləri, təəssüf ki, hətta bu cür biabırçı məğlubiyyətlərdən sonra belə qeyri-obyektivlik edir, bir-iki cümlə ilə də olsa həqiqi ünvanı göstərmirlər, göstərmək istəmirlər. Hədəf kimi bir tək arxası-dayağı olmayan Qara Qarayevi, Bədavi Hüseynovu və digər futbolçuları seçirlər. Bununla da diqqət əsas adamlardan, uğursuzluqlarda futbolçular, məşqçilərdən az payı olmayan AFFA rəsmilərindən yayındırılır.

Təəssüf ki, son illər idman mediamızda ciddi deqradasiya gedir, saytların çoxusu ya ya maliyyə, ya da bir-iki xarici səfərə görə federasiyadan, klublardan asılı vəziyyətə düşüb. Bütün bunlara görə çox halda bəzi jurnalistlər real problemləri görməzdən gəlir. Millinin son uğursuzluqlarından sonra bəzi media qurumlarının sərgilədiyi mövqe isə artıq heç bir vicdana sığmır və idman jurnalistikasının onsuz da batmaqda olan nüfuzuna ciddi zərbə vurur...

Mənbə: qol.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X