Fanat.Az xəbər verir ki, ötən axşam C qrupunda bir oyun keçirilib və Uruqvay Yaponiya ilə qarşılaşıb.
4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. Uruqvayın heyətində Luis Suares (penalti) və Joze Maria Ximenes fərqlənib. Yaponiyanın qollarına isə Koji Miyoşi imza atıb.
Qeyd edək ki, Uruqvay 2 turdan sonra 4 xalla qrup lideridi. Yaponiya 1 xalla 3-cü pilləni tutur. 1 oyun keçirmiş Çili 3 xalla 2-ci, 0 xalı olan Ekvador isə sonuncudu.