Fanat.Az xəbər verir ki, Braziliyanın ev sahibliyi etdiyi yarışda ötən axşam B qrupunda mübarizəyə yekun vurulub. İlk iki turda cəmi bir xal qazanan Argentina Qətərlə qarşılaşıb və 2:0 hesablı qələbəyə sevinib. Qollara Lautaro Martines və Serxio Aquero imza atıb.
Qrupun digər oyununda Kolumbiya Paraqvayla üz-üzə gəlib. Kolumbiyalılar Qustavo Kuelların yeganə qolu ilə qələbəni bayram edib.
Bu nəticələrdən sonra Kolumbiya 9 xalla birinci, Argentina 4 xalla ikinci pilləni tutaraq 1/4 finala çıxıb. 2 xalı olan Paraqvay ən yaxşı iki qrup üçüncüsündən biri olaraq növbəti mərhələyə çıxa bilər.