Argentina yarımfinala çıxdı, Braziliyaya rəqib oldu - VİDEO
Amerika Kubokunda 1/4 final mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, ötən axşam mərhələnin iki oyunu keçirilib.
Argentina millisi Venesuella üzərində 2:0 hesablı qələbə qazanaraq yarımfinala çıxıb. Qollara Lautaro Martines və Covani Lo Celso imza atıb.
Digər oyunda isə Kolumbiya və Çili qarşılaşıb. Əsas və əlavə vaxt 0:0 hesabı ilə bitdiyindən qalib penalti seriyasında müəyyənləşib. Bu zaman daha dəqiq olan Çili yarımfinala çıxıb - 5:4.
Qeyd edək ki, bundan əvvəl meydan sahibi Braziliya yarımfinala çıxıb. Son yarımfinalçı bu gecə baş tutacaq Uruqvay - Peru matçında müəyyənləşəcək. Yarımfinalda Braziliya Argentina, Çili isə Uruqvay - Peru matçının qalibi ilə qarşılaşacaq.