Amerika Kubokunun bürünc mükafatçısı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, üçüncü yer uğrunda matçda Argentina və Çili milliləri qarşılaşıb. Matç Lionel Skaloninin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Argentinanın qollarına Serxio Aquero və Paulo Dibala imza atıb. Çilinin təsəlli qolunu isə Arturo Vidal penaltidən vurub. 37-ci dəqiqədə Argentinadan Lionel Messi, Çilidən Qari Medel qırmızı vərəqə alıb.
Qeyd edək ki, Amerika Kubokunun final görüşündə bu gün Braziliya və Peru yığmaları qarşılaşacaq.