Azərbaycan milli komandası oktyabrın 9-da yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.
Bəhreyn Milli Stadionunda Bəhreyn millisinə qarşı keçiriləcək qarşılaşma yerli vaxtla saat 19.30-da (Bakı vaxtı ilə saat 20:30) başlayacaq.
Xatırladaq ki, millimiz Avro-2020-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə Macarıstan yığması ilə qarşılaşacaq.
Fanat.Az