Futzal üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, yığmanın baş məşqçisi Joze Alesio Da Silva avqustun 15-dən 24-dək Bakıda, 25-dən 28-dək isə Belarusun paytaxtı Minskdə keçiriləcək təlim-məşq toplanışı üçün düşərgəyə 13 oyunçu çağırıb.
Futzalçılarımız hazırlıq çərçivəsində avqustun 26-da və 28-də Belarus milli komandası ilə iki yoldaşlıq oyunu da keçirəcəklər.
Toplanışda iştirak edəcək futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Millinin heyəti: Vitali Borisov (klubsuz), Ramiz Çovdarov, İsa Atayev, Rövşən Hüseynli, Oktay Rüstəmli, Nihad İsmayilov, Xətai Bağırov, Rizvan Fərzəliyev (hamısı "Araz"), Sezar de Angelis Zohnatan Luiz ("Jetisu", Qazaxıstan), Teles Martins Tiaqo ("Nikel", Rusiya), Fernandes da Silva S Amadeu ("Sparta", Çexiya), Emin Kürdov (Ekol), Poletto Fabio Joze ("Feldi Eboli", İtaliya).
Fanat.Az