Azərbaycan milli komandası "AVRO-2020"nin seçmə qrup matçı ilə əlaqədar Uelsə edəcəyi səfər öncəsi futbolçu itkisi ilə üzləşib.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmaya "Qarabağ"ın dəvət almış müdafiəçi Rahil Məmmədov zədələnib. Məmmədov bu gün səhər məşqi zamanı köhnə zədəsini yeniləyib. Millinin həkiminin rəyinə və baş məşqçi Nikola Yurçeviçin qərarına əsasən, o, heyətdən çıxarılıb.
Qeyd edək ki, Uelslə qarşılaşma sentyabrın 6-da Kardiff şəhərində keçiriləcək. Azərbaycan millisi səfərə bu gün çıxacaq.
Fanat.Az