Slovakiyanın U-21 yığmasının çalışdırıcısı Adrian Gula millimizlə matçdan sonra fikirlərini bildirib.
Fanat.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib: "Rəqib komandanı və məşqçi heyətini qələbə münasibəti ilə təbrik edirəm. Azərbaycan yığması çox yaxşı və intizamlı oynadı. Bizim futbolçular isə əksinə, qarşılaşmaya heç cür köklənə bilmədilər. Görüşün son dəqiqələri isə bizim üçün uğursuz alındı. Rəqibin vurduğu ikinci qolda taktiki səhvə yol verdik. Seçmə mərhələdə ilk oyunumuzdu. Bu qarşılaşmanı unutmalı, növbəti görüşlərə köklənməliyik”.