Türkiyə millisi İslandiya ilə 0:0 hesablı heç-heçədən sonra "AVRO-2020"nin final mərhələsinə vəsiqəni təmin edib.
Fanat.Az xəbər verir ki, bu heç-heçə sayəsində xalları 20-ə çatan türklərin ən yaxın izləyici İslandiya ilə arsındakı xal sayı 4-ə yüksəlib. Lider Fransa ilə arasında iki xal fərqi olan Türkiyə millisi qrupu ilk pillədə də başa vura bilər.
Türklərin "AVRO-2020"nin final mərhələsindəki rəqibləri isə 30 noyabr tarixində Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək püşkatmada bəlli olacaq.
"AVRO-2020"nin final mərhələsinə vəsiqə qazanan Belçika, İtaliya, İspaniya, Rusiya, Polşa, Fransa, Ukrayna və İngiltərə milli komandaları Türkiyənin mümkün rəqibləridir.
Fanat.Az