23:08 18.11.2019 1815

Nikola Yurçeviç: "Şərəf üçün oynayacağıq"

"Sabah qrupda son oyunumuzu keçirəcəyik. Bu matçın nəticəsi rəqib üçün daha vacibdir. Çünki qələbə qazanaraq, digər görüşün heç-heçə yekunlaşmasını gözləyəcəklər. Amma biz də uğur qazanmağa çalışacağıq. Komandada motivasiya var. Milli komanda olaraq şərəf üçün oynayacağıq. Cəmi bir xalımız var. Yalnız bir oyunda xal qazanmaq şansımız olmayıb. Rəqibə 1:5 hesabı ilə uduzmuşuq. Yaxşı nəticə üçün gücümüzü meydanda qoyacağıq. Slovakiya güclü rəqibdir. Onlar müasir futbol sərgiləyirlər. İnanırıq ki, yaxşı nəticə qazana bilərik"

Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Slovakiya yığmasına qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis komandadı debütantların meydanda olma ehtimalından da söz açıb: "Heyətdə dəyişiklik olacağı istisna deyil. Bəzi problemlərimiz var. Mahir və Maksimin olmayacağı bəlli idi. Paşayev, Nazarov və Almeydanın da oynaması şübhə altındadır. Bu məşqdən sonra və sabah oyuna qədər hər şey bəlli olacaq. Uelslə gərgin oyundan sonra qeyri müəyyənliklər ortaya çıxır".

Xorvatiyalı məşqçi komandanın motivasiyası ilə bağlı bunları söyləyib: "Belə vəziyyətdə motivasiya olunmaq asan deyil. Rəqib bizə təzyiq edəcək. Biz vəziyyətin necə olmasından asılı olmayaraq Azərbaycan üçün oynayacağıq. Matçın vacibliyini bilirlər. Qrupda cəmi bir xal qazandıq. Bizlə müqayisədə rəqiblər daha güclüdür. Evdəki 1:5 hesablı məğlubiyyətdən sonra daha yaxşı nəticə qazanmaq istəyəcəklər".

Yurçeviç deyib ki, qarşılaşma rəqib üçün daha vacibdir: "Oyunçularımız daha sərbəst oynayacaqlar. Yalnız matçın sonunda biləcəyik ki, vəziyyətin belə olması komandaya nə dərəcədə təsir edib. Rəsmi olaraq iki oyundur ki, qol vura bilmirik. Amma Macarıstanla görüşdə hamı gördü ki, təmiz qolumuzu saymadılar. Hazırda hücumçu mövqeyində problemlər var. Ramil Şeydayev, Renat Dadaşov, Mirabdulla Abbasov klublarında müntəzəm oynamırlar. Amma onların qol vurmaq şansları var. Renat çox vacib oyunçudur. Onun imkanları var. Seçmə mərhələnin son matçıdır. Mənim isə müqaviləm fevrala qədərdir. Gələcəklə bağlı nəsə deyə bilmərəm".

Mütəxəssis deyib ki, Slovakiya ilə böyük komandaya qarşı xal və xallar qazanmaq əhəmiyyətlidir: "Xorvatiya ilə görüşdəki nəticəni təkrarlamaq olar. İnansan hər şey edə bilərsən".

Qeyd edək ki, sabah Trnavadakı Anton Malatinski adına Stadionda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.(Report)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

Facebookdan bizi izləməyi unutmayın.
X