Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində qarşılaşdıqları Slovakiya yığması ilə oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis 0:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Slovakiya yığmasını layiqli qələbə münasibəti ilə təbrik edirəm. Bu qələbə onlar üçün yetərli olmadı və indi AÇ-yə çıxmaq üçün Millətlər Liqasında mübarizə aparacaqlar. Xeyli problemlərimiz var idi. Zədəlilərdən savayı, Eddi də fasilədə əvəzlənməsini istədi. İkinci hissədə Elvin Camalov meydana daxil oldu və fikrimcə, yaxşı oynadı. İlk 45 dəqiqədə topa nəzarət edə bilmirdik. Fasilədən sonra oyunumuz daha yaxşı alındı. Hətta 82-ci dəqiqədə hesabı bərabərləşdirə bilərdik. Təəssüf ki, istifadə edə bilmədik. Ardınca isə biz qol buraxdıq. Hər şeyə görə, təşəkkür edirəm.
- Şəhriyar Rəhimovun hansı xüsusiyyəti sizi cəlb edir ki, hər dəfə milliyə
cəlb edirsiniz?
- Onun taktiki keyfiyyətləri məni razı salır. O, Slovakiyaya qarşı oynamağa
liayiq idi.
- İsrafilov nə ilə yadda qaldı? Nəzərə alsaq ki, o, toplanışa yalnız dünən
qoşulub, bu, düşərgədə olan futbolçulara qarşı haqsızlıq deyil?
- Sizi anlayıram, amma o, fiziki baxımdan ən yaxşılar sırasındadı. Ancaq
fasilədə özünü ruhən pis hiss
etdiyini dedi. Belədə, əvəzləməli olduq.
- Fasilədən dərhal sonra Renatı meydana buraxmaq daha yaxşı olmazdımı? Emin
Mahmudova nəyə görə son iki oyunda da şans tanımadınız?
- Hər dəyişikliyi izah etməli olsaq, çox vaxt gedər. Fasilədə oyunçu dəyişməkfikrində deyildik. Emini də oyuna salmaq istəyirdim. Hətta ona tapşırdım ki,
hazırlaşsın. Ancaq oyunun gedişatı Təmkinə daha böyük zərurət yaratdı. Eminə ən
azı 30 dəqiqə şans vermək fikrindəydim. Amma fasilədəki əvəzetmə bu
planları təxirə saldı.
- Bu seçmə mərhələni bir cümləylə necə ifadə edə bilərsiniz?
- Ətraflı təhlil üçün 2-3 həftəlik zamana ehtiyac var. Bir xalla mən də xoşbəxt
deyiləm. Ancaq razı qaldığım məqam xeyli gənc futbolçunun milliyə gəlməsidi.
Keyfiyyətli rəqiblərlə oynadıq, bir çoxunda xal qazanmağa yaxın olduq.
Fanat.Az