Ukrayna Premyer Liqasında 15-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya” da növbəti dueldə gücünü sınayıb.
Paşayevin komandası "Zarya”nı qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan yığmasının futbolçusu 90 dəqiqə meydanda olub.
Bu zəfər sayəsində xallarını 27-yə çatdıran "Aleksandriya” hazırda turnir cədvəlinin 5-ci pilləsində mövqe tutub.
Fanat.Az