10:44 25.11.2019 1335

AFFA azarkeşləri də küsdürdü: Millimizin oyunlarında antirekord

AVRO-2020-nin seçmə mərhələsi Azərbaycan yığması üçün təkcə nəticə ilə deyil, həm də tamaşaçı sayında antirekordla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, tsiklin 4 ev oyununu cəmi 36422 tamaşaçı izləyib.

Ən yüksək göstərici Macarıstanla qarşılaşmada qeydə alınıb. Həmin görüş 10 min 450 tamaşaçı seyr edib.

Bu da başadüşüləndir. Yeni tsikl azarkeşlərdə yeni ümidlər yaradıb. Üstəlik, səfərdə Xorvatiyaya yaxşı müqavimət göstərən komandaya müəyyən ümidlər yaranmışdı. Bütün bunlar da azarkeş sayında əksini tapmışdı.

Hərçənd bəzi mənbələrdə bu göstərici də fərqli ifadə olunub. Görüşü hətta 7500 nəfərin izlədiyi də əksini tapıb.

Amma sonradan məğlubiyyətlər sıralandıqca komandaya inam, ümid də azalıb. Bu da azarkeşlərin sayında əks olunub. Slovakiya ilə qarşılaşmada 8200, Xorvatiya ilə dueldə 9150, Uelslə matçda 8622 tamaşaçı yığmanın matçında olub. 

Amma son görüşdə 1000-dən çox böyük britaniyalının arenada olması, elə digər oyunda da Avropadan gələnlərin yer aldığı diqqətdən yayınmamalıdır.

Lakin istənilən halda seçmə mərhələnin ev oyunlarındakı orta tamaşaçı sayı 9106-ya bərabər olub. Bu, milli komandanın Azərbaycanda oynadığı dövr üçün mütləq antirekorddur.

Rəqibləri Türkiyənin Trabzon şəhərində qəbul etdiyimiz AVRO-1996-nı nəzərə almasaq, heç bir turnirdə yığma belə az tamaşaçı toplamayıb. İlk dəfə orta göstərici 4 rəqəmli ədədlə ifadə olunur. Çünki  heç vaxt 10000-dən aşağı düşməyib.

Təbii ki, görüşlərin daha az tutuma malik "Bakcell Arena”da keçirilməsini bəhanə göstərmək olar. Amma bu da azarkeşlərin problemi deyil. Fanatlar da ardıcıl uğursuzluqlardan bezərək yığmanın oyunlarına əvvəlki kimi gəlir.

Yoxsa ki, 15 min tamaşaçı tutumuna malik arenada təxminən 60 faiz dolması heç də müsbət hal deyil.

Millinin təxminən iki dəfə kiçik "Şəfa”da (indiki "ASK Arena”) oynadığı vaxtlarda da, tsiklin bir neçə görüşünü başqa arenaya salmaqla daha yüksək göstəriciyə nail olmaq mümkün olub. Amma bu dəfə AFFA ölkənin 1 nömrəli arenası Tofiq Bəhramov adına Respublika stadionu və ən böyük idman qurğusu olan Bakı Olimpiya Stadionuna ehtiyac duymayıb.

Qeyd edək ki, millinin mütləq rekordu DÇ-2010-un seçmə mərhələsində qeydə alınıb. Həmin vaxt orta tamaşaçı sayı 22 min 546-ya bərabər olub.
 

Turnir

oyun

orta tamaşaçı

AVRO-1996

5

3800

DÇ-1998

4

18500

AVRO-2000

5

15500

DÇ-2002

5

14620

AVRO-2004

4

11875

DÇ-2006

5

12600

AVRO-2008

6

17667

DÇ-2010

5

22546

AVRO-2012

5

16480

DÇ-2014

5

15012

AVRO-2016

5

18680

DÇ-2018

5

18036

ML-2019

3

16118

AVRO-2020

4

9106


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X