Almaniya 3-cü Bundesliqasında 19-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen” "Maqdeburq”u qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.
Rüfət start "11-lik"də meydana çıxıb və sonadək tər töküb. Yığmamızın forvardı 36-cı dəqiqədə komandasının ilk topunu vurub. Bu, Dadaşovun cari mövsümdə vurduğu 5-ci qol olub.
19 turdan sonra 16 xalı olan Münster təmsilçisi 20 iştirakçı arasında 18-ci yerdədir.
Fanat.Az