İspaniya Sequndasında 30-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Albasete” "Rayo Valyekano”nu qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib. Millimizin üzvü də oyunda iştirak edib. O, qarşılaşmanın 86-cı dəqiqəsində hesab 1:1 olarkən meydana çıxıb.
34 xalı olan "Albasete” turnir cədvəlində 22 iştirakçı arasında 18-cidi.
Fanat.Az