BƏƏ-nin "Baniyas" klubu Azərbaycan millisinin braziliyalı futbolçusu Riçard Almeydanın maaşını azaltmaq istəyir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, BƏƏ təmsilçisi bu ilin yanvarında heyətə qatdığı yarımmüdafiəçiyə əməkhaqqının azaldılması şərti ilə yeni 1 illik sözləşmə təklif edib.
Belə ki, müqaviləsinin müddəti iyunda bitəcək Almeyda ya indi aldığı aylıq məvacibinin 60 faizini qazanmağa razılaşaraq yeni müqaviləyə imza atmalı, ya da "Baniyas"ı tərk etməlidi. Artıq bir müddət "Bakı"nı da çalışdırmış alman mütəxəssisi - Vinfrid Şeferi yola salan klub rəhbərliyi onu dönəmində transfer olunmuş bir neçə futbolçuyla da vidalaşıb.
Riçardın yenidən "Qarabağ"a qayıtması ağıla gələn ilk varintlardan biri olsa da, bu məsələ hazırda gündəmdə deyil.
Fanat.Az