Ukrayna Premyer Liqasında koronavirus pandemiyasına görə yaranmış fasilə bu gün başa çatıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən komanda 24-cü tur çərçivəsində doğma meydanda "Zarya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 1:0.
Paşayev start heyətdə meydana çıxıb və sonadək oynayıb. Millimizin üzvü 45+3-cü dəqiqədə sarı vərəqə alıb.
24 tura 43 xal yığan "Aleksandriya” çempionluq uğrunda mübarizə aparan "ilk altılıq"da 5-ci pillədədi.
Fanat.Az