Çexiyanın 2-ci liqasında 21-ci tur başlayıb.
Fanat.Az xəbər verir ki, bu gün U-21 millimizin üzvü Fərid Nəbiyevin şərəfini qoruduğu "Viktoriya” "Lisen"i qəbul edib və 2:1 hesablı qələbə qazanıb. Meydan sahiblərinin ilk qoluna 35-ci dəqiqədə Nəbiyev imza atıb. Bu, daha öncə sınaq matçlarında rəqib qapıçıları məyus edən Fəridin rəsmi oyunda ilk qolu olub.
38 xalı olan Jijkov təmsilçisi turnir cədvəlində 4-cü yerdədi.
Fanat.Az