Ukrayna Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin komandası - "Aleksandriya” səfərdə "Dinamo” ilə üz-üzə gəlib. Kiyev təmsilçisi 5:1 hesablı darmadağına sevinib.
Meydana start "11-lik"də çıxan Paşayev sonadək oynayıb.
43 xalı olan "Aleksandriya” turnir cədvəlində 5-ci pillədədi.
Fanat.Az