15:30 09.06.2020 3806

Məmmədovun yarım milyardlıq zərbəsi

Millinin ötənildən boş qalan baş məşqçi postu yenə əcnəbiyə tapşırılacaq. Böyük ehtimalla, Canni de Byaziyə - "ikinci növ İtaliya məhsulu”na…

Təbii, 2011-2017-ci illər aralığında Albaniya yığmasını çalışdıran və bu komandanı AÇ-2016-nın final mərhələsinə daşıyan mütəxəssisin bizim millini düşdüyü vəziyyətdən çıxaracağı inandırıcı deyil. Hərçənd digər namizədlərdən daha münasib məbləğ qarşılığında Azərbaycanda işləməyə razılaşması əcnəbibaz futbol başbilənlərinin ürəyincədi. "Az məbləğ” ifadəsini yanlış anlamayın. Söhbət bütün hallarda, böyük paralardan gedir. Sadəcə, neftin qiymətinin ucuzlaşdığı dönəmdə maliyyə məsələlərində diqqətli olmaq və "yuxarılar”a "baxın, xalqın sərvətini küləyə vermirik” mesajı göndərmək də olduqca önəmli məqamdı. Ən azı maskanın və maskalıların gündəm olduğu zaman dilimində ciddi qulaqburması almamaq üçün.

Əslində assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovun 2 illik müqavilə ilə seçmənin "sükanı arxası”na gətirməyə çox yaxın olduğu de Byazi ilə əməkdaşlıq planı son anda alınmaya da bilər. AFFA-nın "sağı göstərib solla vurduğunu” az görməmişik. Elə italiyalı çalışdırıcı  da "yüzlük”dən kənarda qalan millinin baş məşqçisi olmağı özü üçün irəli atılmış addım saymır. Hə, ağzı əmzikli uşaq da bilir ki, onu futbol müstəvisindəki mövqeyi ilə öyünməyə haqqı çatmayan ölkəmizə pul qazanmaq və səhərlər qara kürü yemək həvəsi gətirir.

Əminəm, növbəti əcnəbi Azərbaycan seçməsinə yeni nəsə verməyəcək. Gülüş obyektinə çevrilmiş "niyə də yox” şüarı fonunda, DÇ-2018-in seçmə mərhələsində qazanılan 10 xallıq rekordu yeniləmək belə, müşkül məsələdi. Albaniyanı qitə birinciliyinin final mərhələsinə yüksəldən adamın bunu daha zəif komandanın "sərkərdə”si qismində də bacaracağına yalnız ən nikbin fanatlar inanar. Yuxarıda qeyd etdiyim kimi, söhbət yalnız daha real namizəddən – de Byazidən getmir. İnanın ki, bu dəfə də əvvəlkilərdən fərqli heç nə görməyəcəyik. Gələcək, ölkənin futbolçu potensialına bələd olana qədər azarkeşlərin əsəbiylə oynayacaq, yarıtmayacaq və pulunu alıb gedəcək… Futbolu bu vəziyyətə salanlar yerli mütəxəssisin ən ideal variant olduğunu anlayana qədər belə də davam edəcək.

"Şüşəli sarayın baş vəziri”nin hakimiyyəti dönəminə təsadüf edən son 13 ili götürsək, yarım milyarda yaxın vəsait havaya sovrulub. Bu məbləği rekord nəticəsi bir tsikldə 10 xal olan yığmanın qazandığı ümumi xalların sayına bölsək, tükürpədici mənzərə ilə qarşılaşarıq. Hər xalın neft ölkəsinə neçəyə başa gəldiyini təsəvvür edirsiz? Lap U-17, U-19, U-21 yığmalarını, lazımlı-lazımsız təlim-məşq toplanışlarını, digər xərcləri də nəzərə alsaq belə, ortadakı rəzalətə ad tapmaq çətindi!

İndi başqalarına lazım olmadığına görə seçməmizdə işləməyə razılıq verən əcnəbilərə "yedirdilən” 100 milyonlardan səmərəli istifadə etməklə futbol təsərrüfatında hansı səviyyədə işlər görülməsinin mümkünlüyü özünüz düşünün. 

Sual yaranır: büdcə oğrusu olmadığına görə AFFA-da kök atdığı deyilən, qurumu öz adamlarının köməyi ilə şəxsi təsərrüfat sahəsi kimi idarə edən Məmmədov yaxşıdı, yoxsa hər il tutaq ki, 1-2 milyonun dalına keçib ciddi nəticələr qazanan hansısa Məmmədhəsən? Məncə, heç biri! Ancaq uğur naminə həmin 1-2 milyonun mənimsənilməsinə göz yummaq olar, futbolun dünənində adı olmayan "vəzir”in 100 milyonları bu şəkildə havaya sovurmasına isə əsla!

Fikrimə tutarqa kimi çox sadə bənzətmə də tapmışam. Bir var evdən 50 manat götürüb ikisini arxa cibinə qoyan, amma tapşırılandan da yaxşı bazarlıq edə bilən uşaq, bir də var həmin 50 manata meyvə-tərəvəz əvəzinə zir-zibil alan təkəbbürlü və fərasətsiz tifil. İkisinin də atası mən olsam, birincini pis öyrənməməsi üçün ara-sıra mükafatlandıraram, ikincini isə heç vaxt bazara göndərmərəm.
 
Nihat Ağasoy
Fanat.Az 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2025
20:31

MPL: "Sabah" "Şamaxı"ya qalib gəlir - YENİLƏNİR

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

15:24

"İlk qolun bizi həyəcanlandırmadığını desəm, yalan olar" - Rasmus Höylund

15:06

İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

14:47

"Mən artıq finala görə həyəcanlıyam" - Ruben Amorim

14:28

"Son 10 dəqiqə bizim üçün çox pis keçdi" - "Atletik"in baş məşqçisi

14:10

"Bunun üçün mənə çox güclü bir təlim-məşq toplanışı lazımdır" - 2-ci Liqanın bombardiri Cavid İmamverdiyev

13:42

Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirildi

13:24

İkinci Liqa: Turun bütün oyunları eyni vaxtda başlayacaq

13:05

Azərbaycan millisi iki ölkədə təlim-məşq toplanışı keçirəcək

12:46

Alonso "Real"la razılığa gəldi - Şərtlər də bilindi, müqavilə müddəti də

12:27

Hələ "Çelsi" tarixində Uolş kimisi olmamışdı

12:09

De Bröyne "Mançester Siti"ni digər İngiltərə nəhənginə dəyişir - SON DURUM

11:51

Pelleqrini "Fiorentina" ilə heç-heçəni qələbə sayır

11:30

Cüdoçularımız "Böyük Dəbilqə"ni medalsız başa vurdular

11:09

Türkiyədə 2025/2026 mövsümünün "transfer pəncərəsi"nin vaxtı açıqlandı

10:43

İngiltərə Çempionlar Liqasında 6 komanda ilə təmsil olunacaq

10:22

"Betis" bunu ilk dəfə bacardı, İspaniyanı Almaniyaya çatdırdı

10:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:40

Bekhemin karyerasında ən yaxşı kapitan kim olub? - Özü açıqladı

09:19

Arif Əsədov Özbəkistanda Mircəlal Qasımovla görüşdü - FOTOLAR

01:44

KL: "Çelsi" finalda "Betis"lə qarşılaşacaq

00:56

UEFA Avropa Liqası: Finalda İngiltərə komandaları qarşılaşacaqlar

08 May 2025
23:42

Azərbaycan güləşçiləri Antalyada 6 medalla 2-ci oldular

23:20

"Liverpul" onu Trentin yerinə gətirməyə yaxın olsa da...

22:50

Konte liderliyə yüksəltdiyi "Napol"ini bu kluba dəyişə bilər - SƏBƏB

22:13

Hələ ÇL-də Dembele kimisi olmamışdı - Tarixi rekord

21:48

Yüksək Liqa: "Araz-Naxçıvan" autsayderə rəhm etmədi

Facebookdan bizi izləməyi unutmayın.
X