İspaniya Sequndasında 32-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv "Almeriya”nı qəbul edib və 0:1 hesabıyla yenilib.
İsrafilov start heyətdə meydana çıxıb və sonadək oynayıb.
35 xalı olan "Albasete” hazırda turnir cədvəlində 22 iştirakçı arasında 20-ci pillədədi.
Fanat.Az