"Mən həmişə bu suallara belə cavab verirəm: "Şərh yoxdu".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk bu yaxınlarda adının Azərbaycan millisi ilə hallanmasına münasibət bildirərkən deyib.
Ukrayna mətbuatına müsahibə verən mütəxəssis yayılan xəbərlərlə bağlı bunları deyib: "İndi müasir dünyada bir çox fərqli məlumat yayılır, eləcə də idman mediasında. Bəzən haradan gəldiyini başa düşmək belə çətindir. Bu cür xəbərləri şərh etməklə, belə söhbətləri daha da gücləndirmiş oluruq. Digər tərəfdən, milli komandalarda mümkün işlə bağlı fikrimi bildirmişdim, bu təcrübə mənə maraqlı gəlir. Milli komanda və klubda işləməyə hazıram. Əlbəttə, bunların ikisi də fərqli işlərdi. Əvvələr özümü heç bir yığma komandanın baş məşqçisi kimi təsəvvür edə bilmirdim. Ancaq son bir-iki ildə bu istiqamətdəki fəlsəfəm düzəldi və bu işə hazır olduğumu gördüm".
Qeyd edək ki, Qriqorçukun son klubu "Astana" olub.
Fanat.Az