Almaniyanın "Darmştadt" klubunun forvardı Sərdar Dursun Azərbaycan yığmasında oynamaq təklifi aldığını və AFFA-nın çağırışını rədd etdiyini açıqlayıb.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, forvard belə danışıb:
"Azərbaycan millisində oynamaq təklifi almışdım. Görüşdük, söhbətləşdik. Niyyətlərini açıqladılar. Amma mən Türkiyə millisində çıxış etmək istədiyimi söylədim".
Fanat.Az