ABŞ-ın USL liqasında 5-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin forvardı Rüfət Dadaşovun şərəfini qoruduğu kollektiv - "Finiks Rayzinq" də növbəti matçına çıxıb.
Dadaşovun komandası öz meydanında "El-Paso"nu 3:1 hesabıyla yenib.
Rüfət meydana start "11-lik"də çıxıb. Öncə penaltidən hesabı açan Dadaşov ikinci qolun ötürməsini verib. O, 82-ci dəqiqədə əvəzlənib.
Hazırda 10 xalı olan "Finiks Rayzinq" B qrupunda ikinci pillədədi.
Fanat.Az