Eddi İsrafilovun komandası - "Albasete” bu gün yenidən bir araya gələcək.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Sequnda təmsilçisi avqustun 12-də təlim-məşq toplanışının növbəti mərhələsinə start verəcək. İsrafilovdan başqa bütün oyunçular tibbi müayinədən keçəcəklər. İcazəli olan 28 yaşlı yarımmüdafiəçi hazırlıq prosesinə daha sonra qoşulacaq.
Qeyd edək ki, "Albasete" 2019/20 mövsümündə İspaniya Sequndasının sonuncu - 42-ci turunda "Kadis"i 1:0 hesabı ilə məğlub edərək liqada qalmağı bacarıb.
Fanat.Az