Bu gün UEFA Millətlər Liqasında I turun növbəti görüşləri baş tutub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə A, B və C liqalarında ümumilikdə 8 matç keçirilib.
A liqasının I qrupunda İtaliya Bosniya və Herseqovinanı, Niderland isə Polşanı qəbul edib. İtaliya qələbə qazana bilməyibsə, Niderland 3 xalı tək qolla əldə edib.
B liqasında Avstriya Norveçi səfərdə üstələyibsə, Şimali İrlandiya Rumıniya səfərindən 1 xalla dönüb. İsrail Şotlandiyadan səfərdə xal alıb, Çexiya isə Slovakiyanı rəqib meydanında məğlubiyyətə uğradıb.
Azərbaycan millisinin yer aldığı C liqasında gəlincə, Litva - Qazaxıstana, Belarus Albaniyaya "doğma divarlar arası"nda yenilib.
UEFA Millətlər Liqası
I tur
A liqası
1-ci qrup
İtaliya – Bosniya və Herseqovina 1:1
Qollar: Sensi, 67 – Dzeko, 57.
Niderland – Polşa 1:0
Qol: Berqveyn, 61.
B liqası
1-ci qrup
Norveç – Avstriya 1:2
Qollar: Haland, 66 – Qreqoriş, 35. Sabitzer, 54-pen.
Rumıniya – Şimali İrlandiya 1:1
Qollar: Puşkaş, 25 – Uayt, 86.
2-ci qrup
Şotlandiya – İsrail 1:1
Qollar: Kristie, 45 – Zahavi, 73.
Slovakiya – Çexiya 1:3
Qollar: Şrans, 88 – Koufal, 48. Doçkal, 53-pen. Krmençik, 86.
C liqası
4-cü qrup
Litva – Qazaxıstan 0:2
Qollar: Zaynutdinov, 3. Kuat, 86.
Belarus – Albaniya 0:2
Qollar: Çikalleşi, 23. Bare, 79.
Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümə dünən start verilib. Azərbaycan yığması turnirdə ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək.
Fanat.Az