UEFA Millətlər Liqasının II turunda keçiriləcək Kipr - Azərbaycan oyununu idarə edəcək hakimlərin adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Görüşü slovakiyalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Filip Qlova olacaq. Ona Peter Bednar və Frantişek Ferenç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 8-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Fanat.Az