21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Fanat.Az xəbər verir ki, Çexiyanın "Viktoriya Jijkov” klubunda çıxış edən Fərid Nəbiyev millinin toplanışında iştirak edə bilməyəcək.
Bu gün Slovakiyada milli komandaya qoşulmalı olan futbolçunun koronavirus testinin cavabı pozitiv nəticələndiyi üçün o, Çexiyadan Slovakiyaya yollanmayıb.
Qeyd edək ki, U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Nitra şəhərində Slovakiya, oktyabrın 13-də isə Qori şəhərində Gürcüstan yığması ilə qarşılaşacaq.
Fanat.Az