21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində bu gün keçirilməli olan İslandiya - İtaliya matçı təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu barədə İslandiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Buna səbəb İtaliya yığmasında oyunçuların əksəriyyətinin koronavirusa yoluxması olub.
Futbolçular İslandiyaya girərkən koronavirus testindən keçib. Testlərin müəyyən hissəsi müsbət nəticələndiyi üçün bütün komanda təcrid olunub. Matçın taleyi növbəti testlərdən sonra bəlli olacaq.