Mozambik yığmasının Afrika Millətlər Kubokunda Kamerunla keçirəcəyi oyun üçün heyəti açıqlanıb.
Fanat.az xəbər verir ki, baş məşqçisi Luis Qonsalveş 23 futbolçuya dəvət göndərib. Onların arasında Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə"nin hücumameylli yarımmüdafiəçisi Klesio Bauk da var.
İndiyədək millidə 31 oyun keçirmiş 26 yaşlı vinger 5 qol vurub. Klesio Bauk "Zirə"yə 2020/2021 mövsümünün əvvəlində "Qəbələ"dən keçib.
Qeyd edək ki, Mozambik yığması Kamarunla 2 oyun (12 və 16 noyabr) keçirəcək.