Azərbaycanda çıxış edən iki legioner futbolçu Syerra Leone milli komandasına dəvət alıb.
Fanat.Az xəbər verir ki, "Zirə”nin müdafiəçisi Ali Sesay və "Keşlə”nin yarımmüdafiəçisi Con Kamara ölkə yığmasının Afrika Millətlər Kubokunun seçmə mərhələsində Nigeriya ilə keçiriləcək oyunlarına çağrılıb.
Qrupun III və IV turu çərçivəsində baş tutacaq matçlar noyabrın 9-da və 17-də olacaq.
Qeyd edək ki, L qrupunda yer alan Syerra Leone yığması 2 turdan sonra aktivindəki 1 xalla qrup sonuncusudu.