Azərbaycan millisinin Sloveniya ilə keçirəcəyi yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.
Görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Ferents Karako olacaq. Ona Peter Kobor və İştvan Albert köməklik göstərəcəklər. 4-cü hakim funksiyasını isə sloveniyalı David Smayts yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 11-də baş tutacaq Sloveniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Fanat.Az