UEFA Millətlər Liqasının Rumıniya - Norveç oyununu ləğv edib.
Fanat.Az quruma istinadən xəbər verir ki, bu gün keçirilməli olan qarşılaşma ilə bağlı məsələ UEFA-nın Nəzarət, Etika və İntizam orqanına tapşırılıb. Komitə UEFA İcraiyyə Komitəsinin avqustun 29-da çıxardığı milli komandaların oyunlarına tətbiq olunan xüsusi qərara əsasən addım atacaq.
Qeyd edək ki, matçın baş tutmaması qonaqların oyuna yollanmaması ilə bağlıdı. Bir müddət əvvəl futbolçuların birində koronavirus aşkarlandığından bütün komanda karantinə alınıb. Bu səbəbdən də Norveç Futbol Federasiyası Səhiyyə Nazirliyinə müraciət edib və sonuncular komandanın ölkə xaricinə çıxmasına qadağa qoyub.