UEFA Millətlər Liqasında V turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, A liqasının 1-cü qrupunda mübarizə aparan İtaliya ötən axşam Polşanı qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 27-ci dəqiqədə Jorginyo açıb. Braziliya əsilli futbolçu penaltidən fərqlənib. 84-cü dəqiqədə isə Domeniko Berardi son nöqtəni qoyub.
Qrupun digər oyununda isə Niderland Bosniya və Hersoqovinanı qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Niderlandın heyətində Georginio Viynaldum dubl edib, Mempis Depay isə bir qol vurub. Bosniya və Hersoqovinanın təsəlli qoluna isə Smail Prevlyak imza atıb.
Qeyd edək ki, İtaliya 5 turdan sonra 9 xalla qrupa başçılıq edir. Hollandiya 8 xalla 2-ci, Polşa 7 xalla 3-cü yeri tutur. 2 xal toplayan Bosniya və Hersoqovina isə sonuncudu.