UEFA Millətlər Liqasında V turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, A liqasının 2-ci qrupunda mübarizə aparan İngiltərə ötən axşam Belçikanın qonağı olub. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 10-cu dəqiqədə Yuri Tyelemans açıb. 24-cü dəqiqədə isə Dries Mertens rəqib qapısına yol tapıb.
Qrupun digər oyununla isə Danimarka İslandiyanı qəbul edib. Bu görüşdə də meydan sahibləri qələbə qazanıb - 2:1.
Danikarkanın hər iki qoluna Kristian Eriksen imza atıb. İslandiyanın qolunu isə Vidar Orn Kyartansson rəqib qapısından keçirib.
Qeyd edək ki, Belçika 5 turdan sonra 12 xalla qrupa başçılıq edir. Danimarka 10 xalla 2-ci, İngiltərə 7 xalla 3-cüdü. Xal toplamayan İslandiya isə sonuncu yerdə qərarlaşıb.