12:59 24.12.2020 809

AFFA yığma komandaların baş məşqçiləri ilə müqaviləni yenilədi

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Fanat.Az xəbər verir ki, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvləri Elşad Nəsirov, Elxan Məmmədov, Vaqif Sadıqov, Mahir Məmmədov, Firudin Qurbanov, Elmar Məmmədyarov, Zaur Axundov, Fərid Mansurov və Könül Mehdiyeva iştirak ediblər.

Müzakirələrdən əvvəl Vətən müharibəsində, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AFFA-nın prezidenti, İcraiyyə Komitəsinin sədri Rövnəq Abdullayev iclası giriş sözü ilə açaraq deyib:

"Vətən müharibəsində qazandığımız zəfər münasibətilə hər birinizi təbrik edir, başda cənab Ali Baş Komandan olmaqla bu zəfərin qazanılmasında xidməti olmuş hər kəsə təşəkkür edir, yaralılarımıza şəfa arzulayıram. Bu gün, eyni zamanda, Respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür, AFFA İcraiyyə Komitəsinin adından cənab Prezidenti təbrik edirik.

İclasın gündəliyində olan məsələlər barədə məlumatınız var. Müzakirələrə başlaya bilərik”.

Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. 2021/2022-ci il mövsümündə UEFA klub yarışları və Azərbaycan Premyer Liqasında iştirak üçün klubların Lisenziyalaşdırma qaydaları təsdiq olunsun.

2. Müqavilə müddəti başa çatmış və yekunlaşmaqda olan aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin müqaviləsi qarşılıqlı razılıq əsasında uzadılsın (məşqçilərin yaş qruplarında fəaliyyəti pandemiya ilə əlaqədar UEFA tərəfindən müxtəlif turnirlərin ləğv olunması və ya təxirə salınması barədə qərarlara müvafiq şəkildə tənzimlənəcək və müqavilələrin müddəti seçmə mərhələni əhatə edəcək):

- Milan Obradoviç

- Samir Əliyev

- Elxan Abdullayev

- Miloş Velebit

- Aqil Nəbiyev

3. AFFA-nın növbəti Konfransı 2021-ci il yanvarın sonu-fevralın əvvəlində videokonfrans formatında keçirilsin.

Rövnəq Abdullayev: "Səmərəli müzakirələr apardıq, müvafiq qərarlar qəbul olundu. Hər birinizə iclasda iştirakınıza görə təşəkkür edirəm. Bu il üçün İcraiyyə Komitəsinin sonuncu iclası idi. Pandemiya ilə əlaqədar bu il bütün dünya üçün yaddaşlarda uğursuz il kimi qala bilər, amma Azərbaycan üçün, xalqımız üçün 2020-ci il zəfər ilidir. Uzun müddət işğal altında olan torpaqlarımızı cənab Ali Baş Komandanın qətiyyəti, cəsarəti və ordumuzun rəşadəti sayəsində azad etməyə nail olduq. Arzu edirəm ki, bundan sonra bütün illər ölkəmizin quruculuq, inkişaf illəri olsun. Hər birinizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, bu pandemiya günlərində sağlam olmağınızı, cansağlığı arzulayıram!”

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
22:20

"Qarabağ" növbəti transferini açıqladı - RƏSMİ

22:10

"Qarabağ" növbəti yoxlama oyununda qüvvəsini sınayıb

21:50

Türkiyəli gənc ulduza Avropa nəhəngləri elçi düşüb

21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X