21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2023-ün seçmə mərhələsində mübarizə aparacağı A qrupununun təqvimi açıqlanıb.
Fanat.Az xəbər verir ki, yığma qrupda ilk oyunu bu il iyunun 6-da səfərdə Norveçə, son matçını isə 2022-ci il iyunun 7-də Finlandiyaya qarşı keçirəcək.
2021-ci il
6 iyun
Norveç – Azərbaycan
2 sentyabr
Xorvatiya – Azərbaycan
7 sentyabr
Avstriya – Azərbaycan
8 oktyabr
Azərbaycan – Finlandiya
12 oktyabr
Azərbaycan – Xorvatiya
12 noyabr
Azərbaycan – Avstriya
16 noyabr
Azərbaycan – Norveç
2022-ci il
25 mart
Azərbaycan – Estoniya
3 iyun
Estoniya – Azərbaycan
7 iyun
Finlandiya – Azərbaycan
Qeyd edək ki, turnirin final mərhələsi Gürcüstan və Rumıniyada təşkil ediləcək.