Bu gün futzal üzrə Azərbaycan millisi AÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.
Fanat.Az xəbər verir ki, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv səfərdə Yunanıstan yığması ilə qarşılaşıb.
Afinadakı Daiss İdman Sarayında baş tutacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürüb. Oyun millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər qarşılaşmasında Slovakiya Moldovanı qəbul edib. Oyun 4:4 hesablı heç-heçə ilə başa batıb. Beləliklə, ilk iki matçda maksimum nəticə qazanan təmsilçimiz vahid qrup lideri olub.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda evdə Slovakiyanı 4:1 hesabı ilə darmadağın edib.
AÇ-nin seçmə mərhələsi
3-cü qrup
2 fevral
Yunanıstan - Azərbaycan 0:3
Qollar: Vassura,2. Eduardo, 2. Çovdarov, 26.
Hakimlər: İbrahim El Jilali, Lars Van Leeuven (Niderland).
Afina. "Daiss" İdman Sarayı.
Yunanıstan: 12. Dimitris Zervas (q), 7. Kostas Panu, 8. Artinos, 11. Antonios Manos, 16. Marios Ntatis, 1. Teofilu (q), 2. Kondilatos, 3. Dimitrios Karavidas, 4. Kostas Malovits, 5. Qusis, 6. Çaralampos Stavrakopulos, 9. Yannis Delaportas, 10. Vasilis Asimakopulos, 14. Andreas Tarnanidis.
Baş məşqçi: Yannis Ziavas.
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 13. Qalo, 9. Rafael Vilela, 10. Vassura, 6. Eduardo Borqes, 1. Emin Kürdov (q), 3. Bolinya, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 7. Ramiz Çovdarov, 20. Tofiq Mikayılov, 2. Oktay Rüstəmli.
Baş məşqçi: Joze Alesio Da Silva.
Azərbaycan – 6, Moldova – 4, Slovakiya – 1, Yunanıstan – 0.