Bu gün futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda Moldova seçməsini qəbul edəcək. "ASK Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Son oyunda İspaniya seçməsinə 0:13 hesabı ilə uduzan yığma D qrupunda xal qazana bilməyib və sonuncu - 5-ci pillədə qərarlaşıb. Yalnız Azərbaycan millisini məğlub edən Moldova isə 3 xalla 4-cü sıradadır. Qrupun digər qarşılaşmasında İspaniya Polşanı sınağa çəkəcək.
Qeyd edək ki, m
illimizin son qələbəsi isə 2009-cu il oktyabrın 28-də qeydə alınıb. 11 il 4 ay öncəki matçda yığmamız Uelsi 2:1 hesabı ilə yenib.
Fanat.Az