"Bu gün oyunumuz alınmadı. Bu da matça tam köklənə bilməməyimizlə bağlıdır”.
Fanat.Az xəbər verir ki, bunu futzal yığmamızın baş məşqçisi Joze Alesio Da Silva deyib.
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Moldovaya səfərdə qalib gəlib – 5:3. Çalışdırıcının sözlərinə görə, görüş komandası üçün çox çətin olub: "Rəqibimiz də bu gün ən yaxşı oyunlarından birini keçirdi. Çox sayda səhvlərə yol verdik. Hətta buna görə uduza da bilərdik. Müəyyən epizodlarda bəxtimiz gətirdi. Təbii ki, oyunu təhlil edəcəyik, zəif çıxışımızın səbəbini aydınlaşdıracağıq. Sevinməli tərəf nəticə ilə bağlıdır. Ən azı vacib olan 3 xalı əldə etdik.
Moldovanın Avropa çempionatına vəsiqə qazanmaq şansı öz əlindədir. Biz növbəti oyunda Slovakiya ilə üz-üzə gələcəyik. Əlbəttə, qələbə qazanmaq üçün meydana çıxacağıq. Moldova isə qalan görüşlərini qələbə ilə başa vursa, məqsədinə nail olacaq”.