Niderlandın 2-ci liqasında 36-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu "Telstar” da növbəti oyununa çıxıb.
Sözügedən kollektiv doğma meydanda PSV-nin gənclərdən ibarət komandası ilə üz-üzə gəlib və 2:2 hesablı heç-heçəyə razılaşıb.
Start "11-lik"də yer almayan Kökçü 71-ci dəqiqədə forma şansı qazanıb.
"Telstar” 36 turdan sonra 41 xalla 13-cü pillədə mövqe tutub.
Fanat.Az