Ukraynanın "Minay" klubunun daha bir futbolçusu Azərbaycan millisinə çağırılıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Anatoli Nuriyevdən əlavə, ilk dəfə Rüstəm Əhmədzadəyə də dəvət göndərilib.
Onlar millinin mayın 22-dən başlayan təlim-məşq toplanışında iştirak edəcəklər. Hazırlıq prosesi müddətində 3 yoldaşlıq görüşü nəzərdə tutulub. Azərbaycan yığması mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişinyovda Moldova ilə üz-üzə gələcək.
Qeyd edək ki, Anatoli Nuriyev indiyədək millidə 3 oyun keçirib.