Mayın 11-də Moskva "Spartak"ından göndəriləndən sonra Qroznının "Axmat" klubuna keçəcəyi deyilən Ayaz Quliyev Azərbaycan millisində oynamaq perspektivi gündəmdən düşməyən mövzulardan biridir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, yarımmüdafiəçi AFFA ilə növbəti dəfə danışıq aparsa da, tərəflər ortaq məxrəcə gələ bilməyib.
Rusiyada legioner sayılacağı halda özünə klub tapmağa çətinlik çəkəcəyini deyən Quliyev vəziyyətin sığortalanması üçün assosiasiyadan böyük məbləğdə pul istəyib. Ayazın milli formanı geyinməyə xüsusi maraq göstərməməsi futbol qurumunda bir daha müzakirə edilib və danışıqlar təxirə salınıb.
Atilla
Fanat.Az