12:18 08.06.2021 688

AVRO-2020: Bakıdakı oyunlarda azarkeşlər üçün təlimatlar açıqlandı - VİDEO

Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı azarkeşlər üçün təlimatlar hazırlanıb.

Fanat.Az-ın məlumatına görə, AFFA və UEFA-nın hazırladığı təlimatlarda deyilir:

Bilet

Oyun günü stadiona gələrkən biletlərinizi təhlükəsiz yerdə saxlayın və bilet yoxlanış məntəqəsinə yaxınlaşarkən onları əlinizdə yoxlanış üçün hazır edin. Nəzərə alın ki, oyun günü stadionda bilet satışı həyata keçirilməyəcək və stadiona biletsiz giriş mümkün olmayacaq!

Nəqliyyat

Final oyunu günü bilet almış azarkeşlər Bakı Olimpiya Stadionuna və geriyə iki ekspres marşrutu və metro vasitəsilə daşınacaqlar. X-1 marşrut xətti Qara Qarayev metro stansiyası yaxınlığında yerləşən Sevinc kinoteatırının önündən, X-2 marşrut xətti 28 May metro stansiyası yaxınlığında yerləşən Səməd Vurğun parkının yaxınlığından - Dilarə Əliyava küçəsindən yola düşəcək. Hər iki xətt oyunun başlama vaxtından 3 saat əvvəl işə düşəcək və oyun bitdikdən sonra ən son azarkeş geri daşınanadək fəaliyyət göstərəcək.

Bundan əlavə siz stadiona taksi və Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi vasitəsi ilə gələ bilərsiniz (Koroğlu Metro Stansiyasının yaxınlığında Piramida tərəfdə taksi nişanı göstəriləcək)

Xüsusi buraxılışınız yoxdursa, stadiona şəxsi nəqliyyat vasitələri ilə gəlmək qadağandır.

Oyun bitdikdən sonra ekspres marşrutlar və metro azarkeşləri geriyə daşıyacaqlar.

Təhlükəsizlik

Oyun günü Stadionun Tamaşaçı qapıları oyundan 3 saat əvvəl açılacaq.

Stadiona giriş zamanı sıxlığın yaranmaması və sosial məsafəyə diqqət olunması baxımından biletlərinizin üzərində göstərilən zaman aralığında stadiona gəlməyiniz tövsiyə olunur.

Təhlükəsizlik məqsədilə bütün girişlərdə təhlükəsizlik yoxlamaları həyata keçiriləcək. Xahiş olunur, təhlükəsizlik işçilərinin təlimatlarına yerində əməl edəsiniz.

Giriş zamanı tamaşaçıların hərarəti yoxlanılacaq və sizin hərarətiniz 37.5-dən yuxarı olarsa siz tibb məntəqələrinə istiqamətləndiriləcəksiniz və hərarətiniz hələ də 37.5 dən yuxarı olarsa bu halda sizdən ekspres covid test götürüləcək. Xahiş olunur, gigiyena qaydalarına diqqət göstərin və COVID-19 üçün nəzərdə tutulmuş qabaqlayıcı təlimatlara əməl edin.

Stadiona çanta ilə gəlmək qadağandır. A4 kağız ölçüsündən böyük çantalar və ya hansısa qadağan olumuş bahalı əşyalar buraxılış məntəqələrinin yaxınlığında yerləşən Çanta Depolarına təhvil verilməlidir.

Spirt və alışqanlar qadağan olunmuş əşyalardır və onlarla stadiona giriş mümkün olmayacaq. Qadağan olunmuş əşyaların daha ətraflı siyahısı ilə bos.az saytında tanış ola bilərsiniz.

Stadiona giriş yalnız etibarlı matç bileti ilə mümkündür. Yaşından asılı olmayaraq hər bir kəsin stadiona giriş üçün etibarlı matç bileti olmalıdır.

Biletləri stadiondan almaq mümkün deyil. Bilet sahibi turniketi keçdikdən sonra yenidən geri qayıdarsa, onun stadiona təkrar daxil olmasına icazə verilməyəcək.

Qidalanma

Tamaşaçı qapıları açıldıqdan etibarən stadionun daxilində qida və içki məntəqələri fəaliyyət göstərəcək.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

Facebookdan bizi izləməyi unutmayın.
X