Futbol üzrə Amerika Kuboku start götürüb.
Fanat.Az xəbər verir ki, ilk gündə iki oyun keçirilib.
Turnirin təşkilatçısı Braziliya açılış matçında Venesuela ilə üz-üzə gəlib. B qrupunda yer alan "sambaçılar” rəqibini 3 cavabsız qolla üstələyib.
Qrupun digər matçında Kolumbiya Ekvador üzərində 1:0 hesablı qələbə qazanıb.
İyunun 15-də A qrupunda mübarizə start götürəcək. Argentina Çili ilə (01:00), Paraqvay isə Boliviya ilə (04:00) münasibətlərinə aydınlıq gətirəcək.
Amerika Kuboku
Qrup mərhələsi, I tur
B qrupu
14 iyun
Braziliya - Venesuela 3:0
Qollar: Markinyoş, 23. Neymar, 64-pen. Qabriel Barbosa, 89.
Kolumbiya - Ekvador 1:0
Qol: Edvin Kardona, 42.