Mahir Emrelinion formasının geyindiyi "Legiya” bu gün Avstriya toplanışı çərçivəsində növbəti sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Varşava təmsilçisi Rusiya "Krasnodar”ı ilə qarşılaşıb.
Tərəflər 1:1 hesablı bərabərliyə razılaşıb. Emreli start "11-lik"də meydana çıxıb və 70-ci dəqiqədə oyundan alınıb.
Komandasının yeganə qolunu da millimizin forvardı vurub. 24 yaşlı hücumçu ilə 39-cu dəqiqədə qapıçının səhvindən sonra topu tora göndərib.
Qeyd edək ki, Mahir daha əvvəl "Legiya”nın "Bişofshofen”lə yoxlama oyununda (5:0) iştirak etmiş və het-triklə yadda qalmışdı.
Fanat.Az