Anton Krivotsyuk 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə oyunları üçün Azərbaycan millisinə çağırılıb.
Fanat.Az-ın məlumatına görə, bu barədə futbolçumuzun çıxış etdiyi Plotsk “Visla”sının rəsmi saytı xəbər yayıb.
İlk üç seçmə oyunda rəqiblər Lüksemburq, İrlandiya və Portuqaliya komandaları olacaq.
Antonun klubu müdafiəçi ilə bağlı yazıya əlavə məlumatlar da əlavə edib: “Kiyevdə anadan olan Anton Krivotsyuk, 25 mart 2019 -cu il tarixində Litva ilə yoldaşlıq oyununda Azərbaycan millisində debüt edib. Bu müddət ərzində o, on səkkiz matça çıxaraq, əsas oyunçulardan biri sayılır. Müdafiəçi üçün bu, klubumuzla müqavilə imzaladıqdan sonra milli komandaya ilk çağırışdır.
Təlim-məşq toplanışında Azərbaycan 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlarını keçirəcək. Azərbaycan millisi əvvəllər Portuqaliyaya 1:2, sonra Serbiyaya 0:1 hesabı ilə məğlub olmuşdu. Krivotsyuk hər iki halda ilk dəqiqədən son dəqiqəyə qədər meydanda idi. İndi komandası Lüksemburq (1 sentyabr), İrlandiya (4 sentyabr) və Portuqaliya (7 sentyabr) ilə qarşılaşacaq".
Mirağa