17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bosniya və Hersoqovinadan olan həmyaşıdları ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, yoldaşlıq oyunu 0:0 hesablı heç-heçə ilə nəticələnib.
Oyunun ilk 45 dəqiqəsində tərəflərin qol vurmaq şansı olmayıb, belə desək, qapıçılar istirahət edib.
Fasilədən sonra, konkret, 58-ci dəqiqədə ilk ciddi şansı meydan sahibləri əldə edib. Ancaq David Qamber on metrdən hədəfi dəqiq nişan ala bilməyib. Aqil Nəbiyevin yetirmələri 62-ci dəqiqədə buna daha ciddi vəziyyətlə qarşılıq verib. Rəqib qapıçı Nahid Əliyevin zərbəsini dəf edib. 79-cu dəqiqədə isə İbrahim Ağayarovun vuruşundan sonra top dirəyə tuş gəlib.
Ümumiyyətlə, iki gün əvvəlki görüşlə müqayisədə U-17 bu dəfə daha üstün təsir bağışlayıb. Bunu rəqib baş məşqçinin oyunsonrası verdiyi açıqlamadan da hiss etmək mümkündür:
"İlk oyundan fərqli olaraq, bu oyunda oyunun bütün komponentlərində tamamilə uğursuz olduq. Texniki və taktiki baxımdan standartlara uyğun deyildik. Rəqib bizə öhdəlik dərsi verdi. Bu matçı unutmaq lazım deyil. Görünür, oyunçularımın qısa müddətdə iki oyun keçirmək imkanı zəifdir. Etiraf etməliyik ki, Azərbaycan bu gün daha yaxşı idi ".
Oyunun protokolunu diqqətinizə çatdırırıq:
Bosniya və Herseqovina-Azərbaycan 0: 0
Bosniya və Hersoqovina: Tarik Kariç, Ali Paşiç (Danis Qosto, 46), Mahir Rizvanoviç, Salih Hadziç (Mahir Ramiç, 77), Bakir Nurkoviç, Talha Tabakoviç, David Qamber (Yakub Vlakiç, 77), Kenan Lamadzema (Seid Pramenkoviç, 80), Amar Yusupoviç (Ante Prusina, 46), Sergey Boqdaniç (Amar Zahiroviç, 80), Beqo Kujrakoviç (Luka Tustonja, 46).
Baş məşqçi: Nermin Sabiç.
Azərbaycan: Məmməd Muradov, Eşqin Əhmədov, Rüfət Abbasov, Samir Ağayev, Musa Məmmədov, Fəxri Məmmədli, Sadıq Şəfiyev, Şahin Şahniyarov, Adəm Topalov (Murad Ələkbərov, 75), Nahid Əliyev (Murad Məmmədəlov, 65/Rüfət Bədəlzadə, 86), İbrahim Ağayarov.
Baş məşqçi: Aqil Nəbiyev.
Vərəqələr: A.Pasiç, T.Tabakoviç, Ş.Şahniyarov, A.Topolov - sarı.
Hakimlər: SENAD HEKJİÇ, Alen Beqanović, Eldar Parla (hamısı Sarayevo).
Zenitsa. Bosniya və Hersoqovina millisinin Təlim Mərkəzi.
Qeyd edək ki, iki gün əvvəl baş tutan oyunu Bosniya və Hersoqovina qazanmışdı - 1: 0.
Mirağa